Bu front-end proqramında performans, əlçatanlıq və testləşdirməyə fokuslanaraq, mürəkkəb və istifadəyə hazır interfeysləri sıfırdan qurmağı tətbiq edərək öyrənəcəksən.
Qeydiyyat pulsuzdur və daim açıqdır. Təqaüd üçün test və müsahibə sonrakı addımdır.
+200 Talent bizi seçdi
Məzunlarımız burada çalışır:
Frontend Developer olmaq istəyirsən? Yol belədir:
Devlab tədris strukturunu və real iş mühitini, mentorlarımız isə sənaye təcrübəsini gətirir. Məzunlarımız Kapital Bank, Crocusoft, AzInTelecom kimi şirkətlərdə çalışır.
Hər həftə real tapşırıq, sonda güclü portfolio
İlk həftə “Dashboard Shell: Layout, State & Theming” ilə başlayırsan, sonda “Capstone II: Production SaaS Frontend” ilə bitirirsən. Hər tapşırıq real biznes probleminə əsaslanır və mentor tərəfindən yoxlanılır.
Sahə mütəxəssisindən fərdi mentor rəyi
Hər iştirakçıya sahə üzrə mütəxəssis mentor təyin edilir. Həftəlik görüşlərdə kodunu nəzərdən keçirir, yol xəritəni birlikdə qurursunuz.
Canlı görüşlər və networking
Həftəlik canlı sessiyalar, yarışmalar və təcrübə mübadiləsi. Sahənin insanları ilə tanış ol, öyrənməyə təkan verən mühitdə ol.
Müsahibəyə hazır ol
Sahədə çalışan mütəxəssislərlə texniki müsahibə məşqləri keç, HR müsahibələrində də özünü təkmilləşdir. Karyera koçları CV-ni və LinkedIn profilini hədəf vəzifələrinə uyğun qurmağa kömək edir.
Bu proqram sənin üçündür?
Sahəyə yeni başlayanlar
Sıfırdan başlayırsan. Həftəlik strukturlaşdırılmış tapşırıqlar və mentor rəyi ilə Frontend Developer yoluna düzgün başla.
Real təcrübə axtaran juniorlar
Əsasları bilirsən, amma CV-ndə real layihə yoxdur. Mentor yoxlamasından keçmiş işlərlə müsahibədə göstərəcəyin portfolio qur.
Karyerasını dəyişənlər
Başqa sahədən gəlirsən. Mövcud təcrübənə Frontend Developer bacarıqlarını əlavə et və şirkətlərə sistemli şəkildə təqdim ol.
Başlamaq üçün təcrübə tələb olunmur — qeydiyyat pulsuzdur.
Nə öyrənəcəksən
Hər modul real biznes probleminə əsaslanan praktiki tapşırıqdır. Mentorun kodunu nəzərdən keçirir, sən isə növbəti modula hazır keçirsən.
Pulsuz qeydiyyatla sənə uyğun gündəlik məşqlərə, 3 real tapşırıq nümunəsinə və sahən üzrə öyrənmə resurslarına çıxış əldə edirsən. Proqrama qoşulmaq barədə qərarı sonra verirsən.
Devlab məzunları hansı şirkətlərdə çalışır?
Məzunlarımız ölkənin aparıcı bank, holdinq və texnologiya şirkətlərində proqramçı və mütəxəssis kimi çalışırlar. Onların arasında Kapital Bank, ABB, IDDA, Crocusoft, AzInTelecom, Andersen Global, Bizera və digər tanınmış şirkətlər var.
Təqaüd proqramından kimlər yararlana bilər?
Yüksək performans və inkişaf potensialı göstərən namizədlər təqaüd proqramına müraciət edə bilərlər. Seçim zamanı namizədin motivasiyası və qiymətləndirmə nəticələri əsas götürülür.
Təqaüd proqramına müraciət prosesi necə işləyir?
Proses 2 mərhələdən ibarətdir: texniki test və onlayn müsahibə. Hər mərhələnin nəticələri qiymətləndirilir və yekun təqaüd dərəcəsi ümumi performansa əsasən müəyyən edilir.
İşə düzəlməkdə dəstək verirsinizmi?
Proqramı bitirən uğurlu namizədlər inkişaf yolu, portfoliosu və həllərinin keyfiyyəti kimi göstəricilərlə birlikdə əməkdaş şirkətlərə təqdim olunur. Mümkün işəgötürmə prosesləri də dəstəklənir.
Mentorluq sistemi necə işləyir?
Hər iştirakçıya proqramın əvvəlindən sahə üzrə mütəxəssis olan mentor təyin edilir. Mentorlar həftəlik görüşlərdə code review aparır və yol xəritəni müəyyənləşdirməyə kömək edirlər. İştirakçılar hər zaman mentordan dəstək ala bilirlər.
Sualın var?Gəl danışaq.
Proqramlar və təqaüd haqqında ətraflı məlumat üçün komandamızla birbaşa əlaqəyə keç.
Jalə Süleymanova
Bizə WhatsApp-da yaz
Proqramlar, təqaüd və qeydiyyat haqqında sualını birbaşa yaz, komandamız cavablandırsın.