
Hər həftə real tapşırıq, sonda güclü portfolio
İlk həftə “n8n Automation & Telegram Bots” ilə başlayırsan, sonda “Capstone II: Production AI Product” ilə bitirirsən. Hər tapşırıq real biznes probleminə əsaslanır və mentor tərəfindən yoxlanılır.
Bu intensiv proqram no-code avtomatlaşdırmadan başlayaraq dərin öyrənmə, kompüter görməsi, RAG və lokal LLM tətbiqlərinə qədər real AI məhsulları sıfırdan qurmağa yönəlib.
Qeydiyyat pulsuzdur və daim açıqdır. Təqaüd üçün test və müsahibə sonrakı addımdır.
Məzunlarımız burada çalışır:






Devlab tədris strukturunu və real iş mühitini, mentorlarımız isə sənaye təcrübəsini gətirir. Məzunlarımız Kapital Bank, Crocusoft, AzInTelecom kimi şirkətlərdə çalışır.

İlk həftə “n8n Automation & Telegram Bots” ilə başlayırsan, sonda “Capstone II: Production AI Product” ilə bitirirsən. Hər tapşırıq real biznes probleminə əsaslanır və mentor tərəfindən yoxlanılır.
Hər iştirakçıya sahə üzrə mütəxəssis mentor təyin edilir. Həftəlik görüşlərdə kodunu nəzərdən keçirir, yol xəritəni birlikdə qurursunuz.
Həftəlik canlı sessiyalar, yarışmalar və təcrübə mübadiləsi. Sahənin insanları ilə tanış ol, öyrənməyə təkan verən mühitdə ol.
Sahədə çalışan mütəxəssislərlə texniki müsahibə məşqləri keç, HR müsahibələrində də özünü təkmilləşdir. Karyera koçları CV-ni və LinkedIn profilini hədəf vəzifələrinə uyğun qurmağa kömək edir.
Sıfırdan başlayırsan. Həftəlik strukturlaşdırılmış tapşırıqlar və mentor rəyi ilə AI Engineer yoluna düzgün başla.
Əsasları bilirsən, amma CV-ndə real layihə yoxdur. Mentor yoxlamasından keçmiş işlərlə müsahibədə göstərəcəyin portfolio qur.
Başqa sahədən gəlirsən. Mövcud təcrübənə AI Engineer bacarıqlarını əlavə et və şirkətlərə sistemli şəkildə təqdim ol.
Başlamaq üçün təcrübə tələb olunmur — qeydiyyat pulsuzdur.
Hər modul real biznes probleminə əsaslanan praktiki tapşırıqdır. Mentorun kodunu nəzərdən keçirir, sən isə növbəti modula hazır keçirsən.
Pulsuz başla, hazır olanda proqrama qoşul. Nəticələrinə görə 100%-ə qədər təqaüd qazana bilərsən.
01
Pulsuz
02
₼134/ayTəqaüdsüz qiymət: ₼670
80% təqaüd ilə aylıq qiymət
100% təqaüd
₼0/ay
80% təqaüd
₼134/ay
60% təqaüd
₼268/ay
Təqaüd necə təyin olunur
100%-ə qədər təqaüd hazırda aktivdir
Cavabını tapmadın? Bizə yaz
Pulsuz qeydiyyatla sənə uyğun gündəlik məşqlərə, 3 real tapşırıq nümunəsinə və sahən üzrə öyrənmə resurslarına çıxış əldə edirsən. Proqrama qoşulmaq barədə qərarı sonra verirsən.
Məzunlarımız ölkənin aparıcı bank, holdinq və texnologiya şirkətlərində proqramçı və mütəxəssis kimi çalışırlar. Onların arasında Kapital Bank, ABB, IDDA, Crocusoft, AzInTelecom, Andersen Global, Bizera və digər tanınmış şirkətlər var.
Yüksək performans və inkişaf potensialı göstərən namizədlər təqaüd proqramına müraciət edə bilərlər. Seçim zamanı namizədin motivasiyası və qiymətləndirmə nəticələri əsas götürülür.
Proses 2 mərhələdən ibarətdir: texniki test və onlayn müsahibə. Hər mərhələnin nəticələri qiymətləndirilir və yekun təqaüd dərəcəsi ümumi performansa əsasən müəyyən edilir.
Proqramı bitirən uğurlu namizədlər inkişaf yolu, portfoliosu və həllərinin keyfiyyəti kimi göstəricilərlə birlikdə əməkdaş şirkətlərə təqdim olunur. Mümkün işəgötürmə prosesləri də dəstəklənir.
Hər iştirakçıya proqramın əvvəlindən sahə üzrə mütəxəssis olan mentor təyin edilir. Mentorlar həftəlik görüşlərdə code review aparır və yol xəritəni müəyyənləşdirməyə kömək edirlər. İştirakçılar hər zaman mentordan dəstək ala bilirlər.
Proqramlar və təqaüd haqqında ətraflı məlumat üçün komandamızla birbaşa əlaqəyə keç.

Jalə Süleymanova
Proqramlar, təqaüd və qeydiyyat haqqında sualını birbaşa yaz, komandamız cavablandırsın.
WhatsApp-da yazvə ya zəng et: +994 10 444 01 64