Data Analytics proqramında hansı alətlər öyrədilir?
Əsas alətlər SQL və Power BI-dır. SQL ilə real məlumat dəstləri üzərində qabaqcıl sorğular yazır, Power BI ilə panellər (dashboard) hazırlayırsan. Bundan əlavə A/B test təhlili, KPI çərçivələri, RFM ilə müştəri seqmentasiyası, retention və funnel analizi kimi biznes analitikası üsullarını tətbiq edirsən. Sonrakı modullarda müasir data stack və dbt, bulud data anbarları (cloud data warehousing), qabaqcıl Power BI və semantik modelləşdirmə, eksperiment və statistik dəqiqlik mövzuları da var.
Data analyst nə iş görür?
Data analyst şirkətin məlumatını toplayır, təmizləyir və təhlil edərək qərar verməyə kömək edən nəticələr çıxarır: satış və gəlir təhlili, müştəri davranışı, kampaniya effektivliyi və hesabatlar. İşin nəticəsi adətən panel və ya izahlı hesabat olur. Devlab proqramı bu işi real məlumat dəstləri üzərində məşq etdirir.
Data analyst yoxsa data scientist: hansını seçməliyəm?
Data analyst mövcud məlumatı SQL, hesabat və panellərlə izah edir. Data scientist isə maşın öyrənməsi ilə model qurur və proqnoz verir, ona görə daha çox proqramlaşdırma və riyaziyyat tələb edir. Bloqdakı müqayisə yazısında iki yolu ətraflı izah etmişik.
Data Analytics proqramında hansı layihələr var?
Proqram data təmizləmə və kəşfiyyat analizindən başlayır, sonra satış, gəlir və regional performans, tələb nümunələri, müştəri seqmentasiyası, KPI və A/B test, funnel, outlier və window funksiyaları mövzularından keçir. Proqramda iki capstone var: ortada SQL, Power BI və data hekayələndirməsini birləşdirən layihə, sonda isə “Capstone II” — başdan-sona analitika platforması.
Pulsuz girişdə nələr var?
Pulsuz qeydiyyatla sənə uyğun gündəlik məşqlərə, 3 real tapşırıq nümunəsinə və sahən üzrə öyrənmə resurslarına çıxış əldə edirsən. Proqrama qoşulmaq barədə qərarı sonra verirsən.
Devlab məzunları hansı şirkətlərdə çalışır?
Məzunlarımız ölkənin aparıcı bank, holdinq və texnologiya şirkətlərində proqramçı və mütəxəssis kimi çalışırlar. Onların arasında Kapital Bank, ABB, IDDA, Crocusoft, AzInTelecom, Andersen Global, Bizera və digər tanınmış şirkətlər var.
Təqaüd proqramından kimlər yararlana bilər?
Yüksək performans və inkişaf potensialı göstərən namizədlər təqaüd proqramına müraciət edə bilərlər. Seçim zamanı namizədin motivasiyası və qiymətləndirmə nəticələri əsas götürülür.
Təqaüd proqramına müraciət prosesi necə işləyir?
Proses 2 mərhələdən ibarətdir: texniki test və onlayn müsahibə. Hər mərhələnin nəticələri qiymətləndirilir və yekun təqaüd dərəcəsi ümumi performansa əsasən müəyyən edilir.
İşə düzəlməkdə dəstək verirsinizmi?
Proqramı bitirən uğurlu namizədlər inkişaf yolu, portfoliosu və həllərinin keyfiyyəti kimi göstəricilərlə birlikdə əməkdaş şirkətlərə təqdim olunur. Mümkün işəgötürmə prosesləri də dəstəklənir.
Mentorluq sistemi necə işləyir?
Hər iştirakçıya proqramın əvvəlindən sahə üzrə mütəxəssis olan mentor təyin edilir. Mentorlar həftəlik görüşlərdə code review aparır və yol xəritəni müəyyənləşdirməyə kömək edirlər. İştirakçılar hər zaman mentordan dəstək ala bilirlər.