Tədbirlər

Workshop-lar, hakatonlar və demo day-lər. Öyrənmək, şəbəkə qurmaq və inkişaf etmək üçün Devlab tədbirlərinə qoşul.

Gələcək tədbirlər

Hazırda planlaşdırılmış tədbir yoxdur

Yeni tədbirlər tezliklə elan olunacaq. Qaçırmamaq üçün bizi izlə.

Keçmiş tədbirlər

4 tədbir

Başa çatıb

Devlab Demo Day - Iyun Kohortu

İnnovasiya və təcrübə dolu bir gün: Demo Day gəlir! Mütəxəssis spikerlər, HR-lar, xüsusi qonaqlar, seçilmiş tələbələrin çıxışları, təqdimatlar və tanıtım ! Bu gün özəl olaraq Devlab tələbələri üçün təşkil olunur — Devlab mühitini, imkanlarını və enerjisini yaxından hiss etmək üçün əla fürsətdir. Hər şey hazırdır, bəs sən?

7 Sentyabr, 2026 · 13:00

Ətraflı
Başa çatıb

Devlab Demo Day - Aprel Kohortu

İnnovasiya və təcrübə dolu bir gün: Demo Day gəlir! Mütəxəssis spikerlər, HR-lar, xüsusi qonaqlar, seçilmiş tələbələrin çıxışları, təqdimatlar, tanıtım və ən sevilən hissə – Coffee break və Networking time! Bu gün özəl olaraq DevLab tələbələri üçün təşkil olunur — DevLab mühitini, imkanlarını və enerjisini yaxından hiss etmək üçün əla fürsətdir. Hər şey hazırdır, bəs sən?

7 iyun 2026 · 14:00

Ətraflı
Başa çatıb

Automation & AI Hackathon Baku 2026

🚀 Qeydiyyat başladı! Automation & AI Hackathon Baku 2026 üçün müraciətlər artıq açıqdır. Tədbir AEServis'in sponsorluğu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, n8n, fal.ai, Devlab Talent, Enterprise Azerbaijan və Devaze tərəfdaşlığı ilə keçirilir. Bu hakatonda iştirakçılar 2 nəfərlik komandalar halında gün ərzində AI, avtomatlaşdırma və rəqəmsal məhsul ideyaları üzərində işləyərək real prototiplər hazırlayacaqlar. Tədbir developerləri, tələbələri, startup builderləri, dizaynerləri və süni intellekt sahəsinə marağı olan hər kəsi bir araya gətirəcək. 📅 Tədbir tarixi: 17 aprel 🕙 Saat: 10:00–18:00 📍 Məkan: Azərbaycan İnnovasiya Mərkəzi ⏳ Son müraciət tarixi: 15 aprel, 15:00 Səni nə gözləyir? — real problem üzərində işləmək — mentor dəstəyi — yeni insanlarla tanışlıq və networking — innovativ ideyanı prototipə çevirmək imkanı — pitch və münsiflər qarşısında çıxış imkanı 🏆 Mükafatlar: Seçilən 3 ən yaxşı layihə real biznes bazarına təqdim olunmaq imkanı qazanacaq. Bundan əlavə, qalib komandalar üçün təqaüd və müxtəlif inkişaf imkanları veriləcək. İştirak qaydası: hər komanda 2 nəfərdən ibarət olmalıdır. #AutomationAIHackathonBaku #HackathonBaku #AIAzerbaijan #Automation #Startup #Innovation #DEVAZE

17 Aprel 2026 · 10:00–18:00

Ətraflı
Başa çatıb

Karyeranız üçün əsas addımlar: Data Science və Data Analytics

🚀 Data Science və Data Analytics sahəsində karyeranızı növbəti mərhələyə daşımağa hazırsınız? Devlab MMC və Data Science Academy-nin birgə təşkilatçılığı ilə baş tutacaq "Karyeranız üçün əsas addımlar: Data Science və Data Analytics" adlı xüsusi seminarımızda peşəkar zirvəyə gedən yolu kəşf edin! Spikerimiz, QSS Analytics və Data Science Academy-nin təsisçisi Etibar Hüseynli bu sahədə uğur qazanmağın sirlərini, real təcrübələrini və atılmalı olan ən vacib addımları sizinlə bölüşəcək. Tədbirin detalları: 🗓 Tarix: 12 Aprel 2026 ⏰ Saat: 14:00 📍 Məkan: AİM (Azərbaycan İnnovasiya Mərkəzi) - Gənclik Plaza 🖊️ Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin! İştirak ödənişsizdir ! 🔗 İştirak etmək üçün öncədən qeydiyyat mütləqdir. Son qeydiyyat tarixi 10 Aprel.

12 Aprel 2026 · 14:00

Ətraflı