İşə hazır mühəndisləri həftələrlə yox, elə bu gün tap

Devlab platforması ilə işə qəbul prosesini resurs və vaxt itirmədən bir yerdən aparın. Namizədlərin real layihələrini, mentor rəylərini və performans göstəricilərini əvvəlcədən görün.

Devlab Enterprise platforması: namizədlərin bal, tapşırıq və bacarıqlarla siyahısı

İşə qəbul üçün həftələr itirməyin

Ənənəvi prosesdə vaxtın çoxu namizəd axtarmağa və ilkin yoxlamaya gedir. Devlab-da bu iş artıq görülüb.

Ənənəvi işə qəbul ilə Devlab platformasının müqayisəsi
Ənənəvi işə qəbulDevlab platforması
Namizəd tapmaq3–6 həftəElə həmin gün
İlkin texniki yoxlamaHər namizədə ayrıcaArtıq edilib
Bacarığın sübutuCV və müsahibəYoxlanılmış real layihələr
HR və texniki komandanın vaxtıOnlarla saatYalnız son müsahibə
Səhv seçim riskiYüksəkAşağı — performans datası ilə

Vakansiyadan müsahibəyə — bir platformada

  1. Vakansiyanı yarat

    Rolu, texnologiya stack-ini və tələb olunan səviyyəni qeyd edin.

  2. Uyğun namizədləri gör

    Platforma performans datasına görə sıralanmış namizədləri dərhal göstərir.

  3. Profilləri müqayisə et

    Portfolio, code review tarixçəsi və mentor rəylərini yan-yana görün.

  4. Müsahibəyə dəvət et

    Seçdiyiniz namizədi bir kliklə platformadan birbaşa dəvət edin.

CV yox, sübut görün

Hər namizəd portfolio və ölçülə bilən performans göstəriciləri ilə təqdim olunur. Texniki dərinlik, icra keyfiyyəti və məsuliyyət üzrə data əsaslı qiymətləndirmə.

  • İnkişaf yolu

    Proqram boyu həftə-həftə irəliləyiş, zəif və güclü tərəflər.

  • Portfolio

    Real biznes tapşırıqları üzərində qurulmuş, mentor tərəfindən yoxlanılmış layihələr.

  • Mentor rəyləri

    Hər tapşırıq üzrə code review tarixçəsi və mentorun şərhləri.

  • Yoxlanıla bilən sertifikat

    Sertifikatı unikal kodu ilə saytda dərhal yoxlaya bilərsiniz.

Əməkdaşlıq modelləri

Komandanızın ölçüsünə və işə qəbul tempinizə uyğun model seçin.

  • Pilot

    Pulsuz

    İlk vakansiya üçün

    • 1 aktiv vakansiya
    • Namizəd profillərinə tam çıxış
    • Platforma ilə tanışlıq sessiyası
    Demo tələb et
  • Standart

    Razılaşma ilə

    Müntəzəm işə qəbul üçün

    • Limitsiz vakansiya
    • Namizəd müqayisəsi və qısa siyahı
    • Platformadan birbaşa müsahibə dəvəti
    • Hesabat və analitika
    Demo tələb et
  • Enterprise

    Fərdi

    Böyük komandalar üçün

    • Fərdi talent pipeline
    • Şirkətə uyğun tapşırıqlarla namizəd hazırlığı
    • Ayrılmış hesab meneceri
    Demo tələb et

Şirkətlərin sualları

Başqa sualınız var? Bizə yazın

Namizədlər necə seçilir və qiymətləndirilir?

Namizədlər Devlab proqramında real biznes tapşırıqları üzərində işləyir, hər tapşırıq mentor tərəfindən code review ilə yoxlanılır. Texniki dərinlik, icra keyfiyyəti və məsuliyyət üzrə data əsaslı qiymətləndirmə aparılır və bu nəticələr profildə sizə göstərilir.

Hansı sahələr üzrə namizəd tapa bilərik?

Hazırda Frontend Development, Backend Development for Java, Data Science, Data Analytics, AI Engineering istiqamətlərində yetişdirilmiş mühəndislərə çıxışınız var.

Platformadan istifadənin qiyməti nə qədərdir?

Qiymət vakansiya sayından və əməkdaşlıq modelindən asılıdır. Demo zamanı şirkətinizə uyğun təklif hazırlayırıq.

Namizədlə necə əlaqə saxlayırıq?

Profilə baxdıqdan sonra platformadan birbaşa müsahibəyə dəvət göndərirsiniz. Namizəd təsdiqlədikdən sonra müsahibə prosesi sizin qaydalarınızla davam edir.

Şirkətimizə uyğun xüsusi tapşırıqlarla namizəd hazırlaya bilərsinizmi?

Bəli, Enterprise modelində şirkətinizin texnologiya və tələblərinə uyğun tapşırıqlarla namizəd hazırlığı mümkündür.

Platformanı öz vakansiyanızla sınayın

Qısa demo zamanı platformanı göstərir, açıq vakansiyanıza uyğun namizədləri birlikdə nəzərdən keçiririk.

Fərid Mustafayev

Həmtəsisçi · Şirkətlərlə əməkdaşlıq