Tez-tez verilən suallar
Proqramlar, qeydiyyat, təqaüd və karyera dəstəyi haqqında 16 sualın cavabı. Axtar və ya bölmə seç.
Ümumi
Devlab nədir və əsas məqsədi nədir?
Devlab istedadları İT sahəsində real layihələr və praktiki təcrübə ilə yetişdirən təhsil və inkişaf ekosistemidir. Məqsədimiz yalnız nəzəriyyə deyil, bazarda şirkətlərə hazır mütəxəssis yetişdirməkdir.
Təcrübə-akselerasiya proqramı barədə daha ətraflı məlumat verə bilərsiniz?
Minimum 3 ay davam edən proqramda seçdiyin sahə üzrə (Frontend Development, Backend Development for Java, Data Science, Data Analytics, AI Engineering) hər həftə real biznes probleminə əsaslanan tapşırıq alırsan. Mentor kodunu nəzərdən keçirib ətraflı rəy verir, həftəlik canlı görüşlər keçirilir. Proqramın sonunda Devlab Enterprise modulu ilə inkişaf göstəricilərin partnyor şirkətlərə təqdim olunur, referans verilir.
Proqramlara baxProqram əyanidirmi?
Xeyr, Devlab 100% onlayn ekosistemdir — dünyanın istənilən yerindən qoşula bilərsən. Tapşırıqlar platformada icra olunur, mentor görüşləri isə həftəlik canlı onlayn keçirilir. Bundan əlavə, hackathon, workshop və meetup kimi həm oflayn, həm də onlayn tədbirlər təşkil edirik.
Tədbirlərə baxProqram kimə ünvanlanıb?
Proqram proqramlaşdırmaya yeni başlayanlardan tutmuş karyerasını inkişaf etdirmək istəyən peşəkarlara qədər hər kəsə uyğundur.
Devlab-da təcrübə keçmək mənə hansı üstünlükləri qazandıracaq?
İştirakçılar yalnız kod yazmır, real texnologiya ekosisteminin içində olurlar: real layihələr üzərində işləyir, mentorlarla birbaşa əməkdaşlıq edir, networking tədbirlərinə və workshop-lara qoşulurlar. Həm güclü portfolio qurur, həm də performanslarına əsasən şirkətlərə daha uyğun namizədlər kimi təqdim olunurlar.
Mentorluq sistemi necə işləyir?
Hər iştirakçıya proqramın əvvəlindən sahə üzrə mütəxəssis olan mentor təyin edilir. Mentorlar həftəlik görüşlərdə code review aparır və yol xəritəni müəyyənləşdirməyə kömək edirlər. İştirakçılar hər zaman mentordan dəstək ala bilirlər.
Qeydiyyat və qiymət
Necə müraciət edə bilərəm?
Qeydiyyat səhifəsində sahəni seç, şəxsi məlumatlarını daxil et — bir neçə dəqiqə çəkir və pulsuzdur. Qeydiyyatdan sonra e-poçtuna imtahan linki göndərilir; imtahanı 3 gün ərzində tamamlamaq lazımdır.
Qeydiyyatdan keçTəcrübə proqramı ödənişlidir?
Platformaya giriş pulsuzdur. Proqramın aylıq qiyməti ₼670-dir, lakin nəticələrinə görə təqaüd qazana bilərsən: 100% təqaüdlə ₼0, 80% təqaüdlə ₼134, 60% təqaüdlə ₼268 (aylıq).
Pulsuz girişdə nələr var?
Pulsuz qeydiyyatla sənə uyğun gündəlik məşqlərə, 3 real tapşırıq nümunəsinə və sahən üzrə öyrənmə resurslarına çıxış əldə edirsən. Proqrama qoşulmaq barədə qərarı sonra verirsən.
Təqaüd
Təqaüd proqramından kimlər yararlana bilər?
Yüksək performans və inkişaf potensialı göstərən namizədlər təqaüd proqramına müraciət edə bilərlər. Seçim zamanı namizədin motivasiyası və qiymətləndirmə nəticələri əsas götürülür.
Təqaüd proqramına müraciət prosesi necə işləyir?
Proses 2 mərhələdən ibarətdir: texniki test və onlayn müsahibə. Hər mərhələnin nəticələri qiymətləndirilir və yekun təqaüd dərəcəsi ümumi performansa əsasən müəyyən edilir.
Təqaüd proqramı üçün imtahan nə ilə bağlıdır?
İmtahan seçdiyin sahəyə uyğun olur və bilik səviyyəni ölçmək məqsədi daşıyır.
Karyera və sertifikat
Sertifikat alıram?
Bəli, proqramı uğurla tamamladıqdan sonra rəsmi sertifikat alırsan.
İşə düzəlməkdə dəstək verirsinizmi?
Proqramı bitirən uğurlu namizədlər inkişaf yolu, portfoliosu və həllərinin keyfiyyəti kimi göstəricilərlə birlikdə əməkdaş şirkətlərə təqdim olunur. Mümkün işəgötürmə prosesləri də dəstəklənir.
Enterprise modulu nədir?
Bu modulda inkişaf göstəricilərini şirkətlərə təqdim edərək, sənə uyğun şirkətlərə çıxış imkanı təmin edirik. Proqramı bitirdikdən sonra orta balına uyğun olaraq bu moduldan yararlanırsan.
Devlab məzunları hansı şirkətlərdə çalışır?
Məzunlarımız ölkənin aparıcı bank, holdinq və texnologiya şirkətlərində proqramçı və mütəxəssis kimi çalışırlar. Onların arasında Kapital Bank, ABB, IDDA, Crocusoft, AzInTelecom, Andersen Global, Bizera və digər tanınmış şirkətlər var.
Sualın var?Gəl danışaq.
Proqramlar və təqaüd haqqında ətraflı məlumat üçün komandamızla birbaşa əlaqəyə keç.

Jalə Süleymanova
Bizə WhatsApp-da yaz
Proqramlar, təqaüd və qeydiyyat haqqında sualını birbaşa yaz, komandamız cavablandırsın.
WhatsApp-da yazvə ya zəng et: +994 10 444 01 64


