Bu data science proqramında miqyaslana bilən ML konveyerləri, model qiymətləndirilməsi və dərin öyrənməyə fokuslanaraq, istifadəyə hazır süni intellekt sistemləri qurmağı tətbiq edərək öyrənəcəksən.
Qeydiyyat pulsuzdur və daim açıqdır. Təqaüd üçün test və müsahibə sonrakı addımdır.
+200 Talent bizi seçdi
Məzunlarımız burada çalışır:
Data Scientist olmaq istəyirsən? Yol belədir:
Devlab tədris strukturunu və real iş mühitini, mentorlarımız isə sənaye təcrübəsini gətirir. Məzunlarımız Kapital Bank, Crocusoft, AzInTelecom kimi şirkətlərdə çalışır.
Hər həftə real tapşırıq, sonda güclü portfolio
İlk həftə “Explainable Ensemble Modeling & Real-Time Insights” ilə başlayırsan, sonda “Capstone II: Production ML/AI System” ilə bitirirsən. Hər tapşırıq real biznes probleminə əsaslanır və mentor tərəfindən yoxlanılır.
Sahə mütəxəssisindən fərdi mentor rəyi
Hər iştirakçıya sahə üzrə mütəxəssis mentor təyin edilir. Həftəlik görüşlərdə kodunu nəzərdən keçirir, yol xəritəni birlikdə qurursunuz.
Canlı görüşlər və networking
Həftəlik canlı sessiyalar, yarışmalar və təcrübə mübadiləsi. Sahənin insanları ilə tanış ol, öyrənməyə təkan verən mühitdə ol.
Müsahibəyə hazır ol
Sahədə çalışan mütəxəssislərlə texniki müsahibə məşqləri keç, HR müsahibələrində də özünü təkmilləşdir. Karyera koçları CV-ni və LinkedIn profilini hədəf vəzifələrinə uyğun qurmağa kömək edir.
Bu proqram sənin üçündür?
Sahəyə yeni başlayanlar
Sıfırdan başlayırsan. Həftəlik strukturlaşdırılmış tapşırıqlar və mentor rəyi ilə Data Scientist yoluna düzgün başla.
Real təcrübə axtaran juniorlar
Əsasları bilirsən, amma CV-ndə real layihə yoxdur. Mentor yoxlamasından keçmiş işlərlə müsahibədə göstərəcəyin portfolio qur.
Karyerasını dəyişənlər
Başqa sahədən gəlirsən. Mövcud təcrübənə Data Scientist bacarıqlarını əlavə et və şirkətlərə sistemli şəkildə təqdim ol.
Başlamaq üçün təcrübə tələb olunmur — qeydiyyat pulsuzdur.
Nə öyrənəcəksən
Hər modul real biznes probleminə əsaslanan praktiki tapşırıqdır. Mentorun kodunu nəzərdən keçirir, sən isə növbəti modula hazır keçirsən.
Proqram ansambl modelləri və nəticələrin izah edilməsindən başlayır, sonra feature engineering, zaman seriyası modelləşdirilməsi, multi-modal dərin öyrənmə, kauzal inferens, gücləndirilmiş öyrənmə (reinforcement learning) və feature store mövzularına keçir. Coğrafi (geospatial) məlumatla iş və böyük dil modelləri (LLM) də proqramdadır. Sonrakı modullarda miqyaslana bilən ML konveyerləri və xüsusi dərin öyrənmə modelləri, LLM tətbiqləri və RAG sistemləri, AI agentlər, MLOps və model monitorinqi keçilir. Python üzrə bonus modul da var.
Data scientist nə iş görür?
Data scientist məlumatdan proqnoz və qərar dəstəyi çıxarır: xüsusiyyətləri hazırlayır, maşın öyrənməsi modelləri qurur, onları qiymətləndirir və işlək sistemə çevirir. Devlab proqramında bunu real biznes ssenariləri üzərində, mentor rəyi ilə məşq edirsən.
Data Science və Data Analytics arasında fərq nədir?
Data analitika əsasən mövcud məlumatı SQL, hesabat və panellərlə izah edir. Data science isə maşın öyrənməsi ilə model qurur və proqnoz verir, ona görə daha çox proqramlaşdırma və riyaziyyata əsaslanır. Seçimdə çətinlik çəkirsənsə, bloqdakı müqayisə yazısına baxa bilərsən.
Data Science proqramının sonunda hansı layihə olur?
Yekun modul “Capstone II”-dir: istehsalat səviyyəsində ML/AI sistemi qurursan. Əvvəlki modullarda böyük dil modelləri, coğrafi risk modelləşdirməsi, regional analitika və müştəri seqmentasiyası kimi real məlumat dəstləri ilə tapşırıqlar var. Hər iş mentor tərəfindən yoxlanılır və portfoliona çevrilir.
Pulsuz girişdə nələr var?
Pulsuz qeydiyyatla sənə uyğun gündəlik məşqlərə, 3 real tapşırıq nümunəsinə və sahən üzrə öyrənmə resurslarına çıxış əldə edirsən. Proqrama qoşulmaq barədə qərarı sonra verirsən.
Devlab məzunları hansı şirkətlərdə çalışır?
Məzunlarımız ölkənin aparıcı bank, holdinq və texnologiya şirkətlərində proqramçı və mütəxəssis kimi çalışırlar. Onların arasında Kapital Bank, ABB, IDDA, Crocusoft, AzInTelecom, Andersen Global, Bizera və digər tanınmış şirkətlər var.
Təqaüd proqramından kimlər yararlana bilər?
Yüksək performans və inkişaf potensialı göstərən namizədlər təqaüd proqramına müraciət edə bilərlər. Seçim zamanı namizədin motivasiyası və qiymətləndirmə nəticələri əsas götürülür.
Təqaüd proqramına müraciət prosesi necə işləyir?
Proses 2 mərhələdən ibarətdir: texniki test və onlayn müsahibə. Hər mərhələnin nəticələri qiymətləndirilir və yekun təqaüd dərəcəsi ümumi performansa əsasən müəyyən edilir.
İşə düzəlməkdə dəstək verirsinizmi?
Proqramı bitirən uğurlu namizədlər inkişaf yolu, portfoliosu və həllərinin keyfiyyəti kimi göstəricilərlə birlikdə əməkdaş şirkətlərə təqdim olunur. Mümkün işəgötürmə prosesləri də dəstəklənir.
Mentorluq sistemi necə işləyir?
Hər iştirakçıya proqramın əvvəlindən sahə üzrə mütəxəssis olan mentor təyin edilir. Mentorlar həftəlik görüşlərdə code review aparır və yol xəritəni müəyyənləşdirməyə kömək edirlər. İştirakçılar hər zaman mentordan dəstək ala bilirlər.
Sualın var?Gəl danışaq.
Proqramlar və təqaüd haqqında ətraflı məlumat üçün komandamızla birbaşa əlaqəyə keç.
Jalə Süleymanova
Bizə WhatsApp-da yaz
Proqramlar, təqaüd və qeydiyyat haqqında sualını birbaşa yaz, komandamız cavablandırsın.